Logo

Rektor: "Distant təhsilə keçid yerli və xarici universitetlər arasında rəqabəti gücləndirdi"

21.05.2021 12:03 1561 baxış
IMG

"Distant təhsilə keçid  həm də yerli və xarici universitetlər arasında rəqabəti gücləndirdi".

 

Tehsil.biz xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov bildirib.

 

Rektor çox ehtimal ki, bu prosesin gələcəkdə daha da sürətlənəcəyini, potensiallı yerli gənclərin xarici universitetlərdə distant təhsilə kütləvi cəlb edilməsi ehtimalı milli ali təhsil sistemini çox ciddi və əvvəllər müşahidə olunmamış  çağırışlarla üz-üzə qoyduğunu qeyd edib:

 

"Bu problemin həlli yollarından biri ali təhsil sistemini bir-biri ilə zəif əməkdaşlıq edən universitetlər toplumundan şəbəkə universitetlərinə transformasiya etməkdir.  Başqa sözlə, şəbəkə universitetlərinin, hətta şəbəkə fakültələrinin və şəbəkə ixtisaslarının yaradılması çıxış yollarından biri kimi görünür . Bu həm də keyfiyyətli təhsilə aparan yolun qısaldılması kimi qiymətləndirilə bilər".

 

Ədalət Muradov bildirir ki, işlədiyi universitetdən (istər xarici, istər yerli universitet olsun), yaşadığı yerdən (istər Azərbaycan, istər xarici ölkə olsun) asılı olmayaraq yüksək potensiallı müəllimləri cəlb etməklə mövcud potensialı artırmaq, ölkəmizdə müasir tələblərə cavab verən mütəxəssis hazırlığına əhəmiyyətli dərəcədə və qısa vaxtda ciddi töhfə verməklə yerli universitetlərin rəqabətqabiliyyətini artırmaq  mümkündür.

Xəbər lenti